525.Az

Çempionlar Liqasında ilk


 

Çempionlar Liqasında ilk<b style="color:red"></b>

Çempionlar Liqasında bir ilkə imza atılıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ilk dəfə ÇL-in qrup mərhələsində bir ölkədən beş komanda çıxış edəcək.

 Bu, ÇL-in "pley-off" mərhələsində "Monako" - "Valensiya" oyunundan sonra baş verib. İspaniya klubu iki oyunun nəticəsinə (3:1, 1:2) əsasən növbəti mərhələyə yüksəlib.

Bununla da "Valensiya" "Barselona", "Real", "Atletiko", "Sevilya"dan sonra ÇL-in qrup mərhələsində iştirak edəcək 5-ci İspaniya klubu olub. Bu isə sözügedən turnirin tarixində bir ilkdir.

 





26.08.2015    çap et  çap et