PSJ-nin hücumçusu Zlatan İbrahimoviç İsveçin "Malmö" klubunu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib.
Qol.Az-ın məlumatına görə, isveçli futbolçu sosial şəbəkələrdəki səhifəsindən "Malmö" haqda xoş sözlər yazaraq sabiq komandasına qrup mərhələsində uğurlar arzulayıb.
Qeyd edək ki, "Malmö" Çempionlar Liqasının "pley-off"unda "Seltik"i iki oyunun nəticəsinə görə üstələyərək (2:3, 2:0) qrup mərhələsinə vəsiqə qazanıb.
Xatırladaq ki, İbrahimoviç 1999-2001-ci illərdə "Malmö"nün şərəfini qoruyub.
çap et