525.Az

"Qarabağ"la - "Yanq Boyz" oyunu üçün 18 min bilet satılıb


 

"Qarabağ"la - "Yanq Boyz" oyunu üçün 18 min bilet satılıb<b style="color:red"></b>

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la İsveçrənin "Yanq Boyz" klubu arasında baş tutacaq cavab qarşılaşmasına bu günə qədər 18 min bilet satılıb.

Bunu Trend-ə “Qarabağ” futbol klubunun mətbuat katibi Nurlan İbrahimov deyib.

Oyun üçün biletlərin qara bazarda satılması məsələsinə münasibət bildirən N.İbrahimov deyib ki, bu məsələyə hüquq-mühafizə orqanları nəzarət edir.

Onun sözlərinə görə, hər bir kassanın yanında post patrul xidməti fəaliyyət göstərir.

 





26.08.2015    çap et  çap et