525.Az

Düşüncələr mozaikası


 

Düşüncələr mozaikası<b style="color:red"></b>

Dözümlü olmaq..." 

...O gündən özünə gələ bilmirdi. Çoxdan uzaqlaşdığı, sevmədiyi bir topludan tək bircə nəfərlə salam-kəlamı qalmışdı. Kaş heç qalmayaydı, düşünürdü...

Çoxdandı görüşmürdülər. Doğma bir insan kimi onun xətrini çox istəyirdi. Amma bu axırıncı görüşdən sonra aralarında körpünün nə qədər sınıq olduğunu anladı. Bir daha anladı ki, təkcəyaxşı adamolmaq kifayət deyilmiş...

Oyaxşı adamın üstünə kölgə salan dostları vardı. Hiss etdi ki, o dostların təsiri ilə ona ağıl öyrətməyə çalışır. Gərək onların tayı olaydı - ikiüzlü, xəbis, kinli... Demə, dözümlü olmaq lazımmış. Yoxsa onulazımi yerlərdətanımayacaqlar. Yalmanıb-yaltaqlanmasa, özünə bir gün ağlaya bilməzmiş...

Dözümlü olmaq lazımdı”- yadından çıxara bilmirdi bu üç kəlməni. Artıq çoxdan unutduğu o topludan qalan bu qalıqla - o bircə nəfərlə də sağollaşdı qəlbində. “Get, “yaxşı adam”, get”, -  dedi. “Yaxşı adamda qoltuq altda sıxılmış, yazıq, biçarə kimi sakitcə çıxıb getdi qəlbindən...

Ürəyi rahatlandı, səhərdən qəlbini sıxan qaranlığın - üzüntünün yerini işıq aldı. Üz çevirib getdiyi yerə bir daha qayıtmazdı. O, qəlbi qara adamların arasında işıq dolu birinin yeri olmadığını çoxdan anlamışdı...   

Adamşünas

Əli işdə olsa da, hey düşünür, düşünür... Adamlar niyə belədirlər axı, niyə onu anlamırlar?... Bir də hiss edir ki, boğulur. Tez özünü ələ alır. Ölüm çıxış yolu deyil ki... Başlayır özünə təlqin etməyə. “Hər şey yaxşı olacaq, həm də çox yaxşı”, - düşünür. Yox, bu adamlar onu öldürə bilməyəcəklər. Deyirlər, dünyanı necə tutursan, elə gedir. Sən də sabaha, gələcəyə ümidlə bax. Bu adamlara baxıb sürünməyəcəksən ki...

Dünən o sırtıq qadın nə deyirdi elə: “Mən adam tanıyanam. O dəqiqə tanıyıram...”  Lap adamşünas imiş. Unutdum soruşam ki, bəs özünü necə, tanıyırsanmı? Elə hamınıtanıyırsan”, ittiham edirsən, məsləhət verirsən, lap bəzi telekanallardakıtanınmış ekspertlərkimi. Heç olmasa qırx ildən sonra özünə sual verirsənmi, necə adamsan? Yemək, yumaq, bəzənmək, bir də qeybət, dava-dalaşdan başqa əlimdən nə gəlir? Bir kitabın üzünü açırammı, oğluma-qızıma hansı məsləhəti verməliyəm?...

Sən başqalarını - nə onu, nə məni tanıya bilməzsən, qadın! Özünü tanımadan kimsəni tanımaq olarmı?...


Mina RƏŞİD

 





31.08.2015    çap et  çap et