"Neftçi"nin Mətubat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə klubdan ayrılıb.
G.Abbaszadə Qol.Az-a açıqlamasında xəbəri təsdiqləyib.
O, klubdan ayrılmağının səbəbləri haqda danışmaq istəmədiyini bildirib. Gündüz Abbaszadənin fəaliyyətini harada davam etdirəcəyi də hələlik məlum deyil.
Qeyd edək ki, Gündüz Abbaszadə 2011-ildən "Neftçi"də çalışıb.
çap et