Moskvada “Domodedovo” hava limanında saxlanılan rusiyalı iş adamı German Sterliqov sərbəst buraxılıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə onun vəkili Artur Ayrapetov bildirib.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbətdən sonra Sterliqov sərbəst buraxılıb. Onun vəziyyəti yaxşıdır”, deyə A.Ayrapetov bildirib.
Xatırladaq ki, G.Sterliqov dünən axşam saatlarında Moskvanın Domodedovo hava limanında saxlanılmışdı.
çap et