525.Az

Fasiləsiz televizor izləmək ağır xəstəliyin inkişafına səbəb ola bilər


 

Fasiləsiz televizor izləmək ağır xəstəliyin inkişafına səbəb ola bilər<b style="color:red"></b>

Gününü saatlarla televizor qarşısında keçirən insanların ağciyər emboliyası xəstəliyinə tutulma riski artır.

Trend-in “The Independent” qəzetinə istinadən verdiyi məlumata əsasən, bu barədə Londonda keçirilən Avropa Kardioloqlar Cəmiyyətinin konfransı zamanı təqdim olunan tədqiqatın nəticələrində deyilir.

Qeyd edək ki, ağciyər emboliyası zamanı ürəkdən ağciyərə gedən arteriya tıxanır. Bu xəstəlikdən Böyük Britaniyada hər il təqribən 600 min insan həlak olur.

Alimlər müəyyən ediblər ki, televizor qarşısında 5 saat və daha çox vaxt keçirən insanlarda ağciyər emboliyası xəstəliyinin inkişafı 2 dəfə çox müşahidə edilir.

 





01.09.2015    çap et  çap et