525.Az

"Namaz "Facebook"da vaxt itirməkdən daha yaxşıdır" deyən müəzzin cəzalandırıldı


 

"Namaz "Facebook"da vaxt itirməkdən daha yaxşıdır" deyən müəzzin cəzalandırıldı<b style="color:red"></b>

Misirin Dini İşlər üzrə Nazirliyi azan oxuyarkən “Namaz yuxudan daha xeyirlidir” əvəzinə, “Namaz “Facebook”da vaxt itirməkdən daha yaxşıdır” deyən müəzzin Mahmud əl-Moqazini vəzifəsindən azad edib.

Trend-in Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, müəzzin barəsində araşdırma aparılır.

Araşdırmaya Əl-Moqazinin müəzzinlik etdiyi Kafr əl-Davar qəsəbəsinin camaatının şikayəti əsasında başlanılıb.

Müəzzin araşdırma başa çatanadək vəzifəsindən kənarlaşdırılıb. Verilən cəzadan narazılığını bildirən qəsəbənin müəzzini aclıq aksiyasına başlamaq niyyətindədir. O əlavə edib ki, heç vaxt “Facebook”dan istifadə etməyib.

Əl-Moqazi bağışlanması üçün ölkə Prezidentinə müraciət edib.

 





01.09.2015    çap et  çap et