Almaniyanın “Ayntraxt” klubu 4 futbolçusu ilə yolları ayırmağı planlaşdırır.
Qol.Az-ın "Frankfurt" qəzetinin saytına istinadən yaydığı xəbərə görə, bu oyunçular arasında millimizin qapıçısı Emil Balayevin də adı var.
“Ayntraxt”ın baş məşqçisi Armin Fe yay fasiləsində 4 futbolçunun - Emil Balayev, Slobodan Medoyeviç, Vaslav Kadlets və David Kinsombi ya satılmasını, ya da icarəyə verilməsini istəyib. Ancaq sözügedən futbolçular üçün heç bir klubdan təklif göndərilməyib.
Almaniya mətbuatı E.Balayev və digər futbolçuların bu mövsüm əsas heyətdə yer almaq şanslarının çox az olduğunu yazıb.
çap et