525.Az

Gürcüstanda xarici işlər naziri dəyişib


 

Gürcüstanda xarici işlər naziri dəyişib<b style="color:red"></b> Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili vəzifədən azad edilib.
 
APA-nın “Sputnik-Georgia”ya istinadən veridiyi məlumata görə, bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bu vəzifəni Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Qeorqi Kvirikavaşvili icra edəcək.
 
Yeni xarici işlər naziri baş nazirin müavini vəzifəsinin icrasını davam etdirəcək.
 
Xatırladaq ki, Tamar Beruçaşvili 2014-cü ilin noyabrında nazir təyin olunmuşdu. 
 





01.09.2015    çap et  çap et