525.Az

Azərbaycan və Türkiyə hərbi təyyarələri döyüş uzlaşması imkanlarını yoxlayıblar


 

Azərbaycan və Türkiyə hərbi təyyarələri döyüş uzlaşması imkanlarını yoxlayıblar<b style="color:red"></b>

“TurAz Qartalı - 2015” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a bildiriblər ki, təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələri müştərək əməliyyatların planlaşdırılaraq keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarını yoxlamaq, hava məkanındakı uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını, marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçiriblər.

 





01.09.2015    çap et  çap et