525.Az

Sterliqov: "Azərbaycan qanunvericiliyinə tabe deyiləm"


 

Sterliqov: "Azərbaycan qanunvericiliyinə tabe deyiləm"<b style="color:red"></b>

Rusiyalı iş adamı German Sterliqov Azərbaycan müstəntiqlərinin onu dindirməklə bağlı niyyətindən xəbərsiz olduğunu bildirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, G. Sterliqov bu məsələ ilə bağlı Rusiya hüquq-mühafizə orqanları və hüquqşünasları ilə məsləhətləşmək istəyir:
 
“Mən Azərbaycan tərəfinin bu təşəbbüsündən hələlik xəbərdar deyiləm. Rusiya Federasiyası hüquq-mühafizə orqanları mənə necə məsləhət verəcəksə, o şəkildə hərəkət edəcəyəm. Hüquqşünaslarla məsləhətləşmək lazımdır. Mən Azərbaycan qanunvericiliyinə tabe deyiləm, Rusiyada yaşayıram”.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu German Sterliqovun təqsirləndirilən şəxs qismində dindirilməsi üçün Moskva şəhərinə ezam olunub.

 





01.09.2015    çap et  çap et