525.Az

"Qış imtahanlarında pul yığılmasına dair şikayət yoxdur"


 

"Qış imtahanlarında pul yığılmasına dair şikayət yoxdur"<b style="color:red"></b> “Ali məktəblərdə qış imtahan sessiyası ilə əlaqədar pul yığılması hallarının olmasına dair Təhsil Nazirliyinə hər hansı şikayət daxil olmayıb”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir tələbələri də bu prosesdə aktiv olmağa çağırıb: “Təhsil Nazirliyi hər il olduğu kimi, ali məktəblərdə monitorinqlər keçirir. Pozuntularla əlaqədar hər hansı fakt varsa, tələbələr nazirliyin “qaynar xətti”nə və şəxsən mənə müraciət etsinlər. Bununla əlaqədar tədbir görüləcək”.
 
M. Mərdanov bildirib ki, ilbəil ali məktəblərdə imtahan sessiyaları zamanı təkmilləşdirmələr aparılır, daha çox elektron vasitələrdən istifadə edilir: “İmtahanlarda insan amili getdikcə azalır. Bu da şəffaflığın artmasının göstəricisidir”.
 





26.12.2012    çap et  çap et