525.Az

İki gün hava sabit keçəcək


 

İki gün hava sabit keçəcək<b style="color:red"></b>

Dekabrın 27-28-də Azərbaycan ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Arabir güclənən cənub-qərb küləyi əsəcək. Bu barədə 525.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 27-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz, axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən cənub küləyi əsəcək.

Havanın temperaturu Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2-7, bəzi yerlərdə 10 dərəcəyədək isti olacaq.

 





26.12.2012    çap et  çap et