525.Az

Soyuq hava infarkt riskini artırır


 

Soyuq hava infarkt riskini artırır<b style="color:red"></b>

Alimlər müəyyən ediblər ki, aşağı hava temperaturu miokard infarktının yaranma riskini əhəmiyyətli dərəcədə artırır.
 
Trend-in Korrespondent.net saytına istinadən verdiyi məlumata əsasən, alimlər apardıqları təcrübənin nəticələrini kardioloqların “ESC Congress 2015” konfransı zamanı təqdim ediblər.

Təcrübə zamanı alimlər 6 il müddətində Kanadanın Vinnipeq şəhərində yaşayan insanlarda miokard infarktının yaranma tezliyini təhlil ediblər.

Məlum olub ki, soyuq mövsümdə insanlarda infarkt daha tez-tez baş verir: isti günlərdə belə hallar sutkada 0,78 hal təşkil edirsə, soyuq havada bu göstərici 0,98 olur.

Araşdırma müəllifləri əmin edirlər ki, havanın temperaturunun 10ºC aşağı düşməsi infarkt qurbanı olma ehtimalını 7 faiz artırır.

 





02.09.2015    çap et  çap et