525.Az

Təmas xəttində monitorinq keçiriləcək


 

Təmas xəttində monitorinq keçiriləcək<b style="color:red"></b> ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 4-də Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Jiri Aberle və Yevgeni Şarov keçirəcəklər.
 





03.09.2015    çap et  çap et