525.Az

Zəlzələ nəticəsində dağıntı qeydə alınmayıb


 

Zəlzələ nəticəsində dağıntı qeydə alınmayıb<b style="color:red"></b>

Azərbaycanda baş verən zəlzələ nəticəsində dağıntı qeydə alınmayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov APA-ya bildirib ki, hazırda bölgələr üzrə məlumatlar toplanır:
 
“Zəlzələ nəticəsində dağıntılar olması barədə məlumat daxil olmayıb. Hazırda məlumatların toplanması davam etdirilir və yekunda ictimaiyyətə məlumat veriləcək”
 
Qeyd edək ki, bu gün saat 09:49-da Şəkidən 29 km cənub-şərqdə Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunub.

 





04.09.2015    çap et  çap et