525.Az

Tərcümə Mərkəzi Beynəlxalq Kitab Sərgi-Yarmarkasında


 

Tərcümə Mərkəzi Beynəlxalq Kitab Sərgi-Yarmarkasında <b style="color:red"></b>

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nümayəndə heyəti Rusiyada keçirilən XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir.

Mərkəzdən 525.az-a verilən məlumata görə, sərgidə 400-dən artıq rus, 50-dən çox xarici ölkə nəşriyyatlarının, poliqrafiya müəssisələrininməhsulları ilə yanaşı Mərkəzin nəşrləri də nümayiş etdirilir.

Açılış günü milli stendi Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları ziyarət edib  və nəşrlərimizlə yaxından tanış olublar.

“Bu səviyyəli sərgilər Azərbaycanın kitab müstəvisində baş verənlərin dünya oxucusuna təqdim olunmasında bir pəncərə rolunu oynayır.” – deyən Tərcümə Mərkəzinin Aparat rəhbəri Yaşar Əliyev Sərgi çərçivəsində yeni və önəmli əlaqələrin də qurulduğunu bildirib.

Sentyabrın 6-a qədər davam edəcək sərgidə maraqlı tədbirlərin düzəniləcəyi, məşhur şair və yazıçılarla görüşlərin keçiriləcəyi də nəzərdə tutulur.

 





04.09.2015    çap et  çap et