525.Az

Dünyanın ən qədim əqrəbi tapıldı


 

Dünyanın ən qədim əqrəbi tapıldı<b style="color:red"></b> ABŞ-ın Ayova ştatında dünyanın ən qədim əqrəbi tapılıb.

Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 460 milyon il bundan əvvəl yaşamış əqrəbin uzunluğu 1,5 metrdir.

Qeyd edək ki, bundan əvvəl tapılan əqrəb növü təxminən on milyon il əvvəl mövcud olub.

Tədqiqatçıların mülahizələrinə görə, nəhəng əqrəb çətin ki, məməlilərə ziyan vura bilərdi, çünki o qurdabənzər canlılarla qidalanırmış.
 
Nəhəng əqrəb ovunu bir qədər irəli əyilmiş ikinci və üçüncü cüt ətrafların köməyi ilə əldə edib. Yırtıcı ən uzun ətraflarından üzmək və ya qazmaq məqsədilə istifadə edib.
 





04.09.2015    çap et  çap et