525.Az

Rekordçu qoyun


 

Rekordçu qoyun<b style="color:red"></b> Avstraliyada "qaçaq” adı verilmiş qoyundan 40 kiloqramdan çox yun alınıb. Bununla da qoyun dünya rekordu qıraraq "Ginnes"də özünə yer eləyib.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avstraliya Heyvansevərlər Təşkilatının üzvləri tərəfindən tapılan qoyunu dörd nəfərin köməyi ilə qırxmaq mümkün olub.

35 illik təcrübəyə malik, qoyun qırxmaq üzrə Avstraliya çempionu olan Elkin adlı şəxs indiyədək belə məhsuldar qoyuna rast gəlmədiyini ifadə edib. Qoyundan çıxan yunların uzunluğu 47 santimetr olub.

Bu sahədə əvvəlki rekord Yeni Zelandiyada 28,9 kiloqramlıq yun ilə "Big Ben” adlı qoyuna məxsus olub.
 





04.09.2015    çap et  çap et