525.Az

Dünyanın ən balaca adamı ölüb


 

Dünyanın ən balaca adamı ölüb<b style="color:red"></b> Ötən gün Amerika Samoasında yaşayan dünyanın ən kiçik boylu insanı Çandra Bahadur Danqi dünyasını dəyişib.
 

APA-nın məlumatına görə, Nepal əsilli Çandra Bahadur Danqinin adı dünyanın ən balaca boylu adamı kimi Ginnesin Rekordlar Kitabına düşüb. Onun boyu 54,6 sm olub.
 
Ç.B.Danqi 76 yaşında ölüb. Bir həftə öncə o, pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
 
Qeyd edək ki, Ç.B.Danqi həmçinin indiyə kimi qeydə alınmış ən balacaboy insan kimi də Ginnes Rekordları tituluna sahibdir. O, bu titulları 2012-ci il 26 fevral tarixindəki yoxlamalardan sonra əldə edib.
 





05.09.2015    çap et  çap et