525.Az

Kraliçanın toy tortu satıldı


 

Kraliçanın toy tortu satıldı<b style="color:red"></b>

Böyük Britaniya kraliçası ikinci Kraliça Elizaveta ilə şahzadə Fillipin 68 illik toy tortu təqribən 767 min dollara satılıb.

525.az "Anspress"ə istinadən xəbər verir ki, tortun dilimi hərraca toyda iştirak edən qonaqlardan birinin qohumu tərəfindən çıxarılıb. Orijinal bağlamada olan tort diliminin üzərində kraliçanın adının baş hərfləri, toyun tarixi və ziyafətin keçirildiyi yerin adı həkk olunub.

Sözügedən qənnadı məhsulun bütün inqridientləri Cənubi Amerika və Avstraliyadan gətirilib. Tortun yeni sahibi Los-Anceles sakini olub. Kraliça Elizavetanın şahzadə Filip ilə toyu 20 noyabr, 1947-ci il Bukinqem sarayında baş tutub.

Qeyd edək ki, şahzadə kraliça ilə öz dayısı oğlunun toyunda tanış olub. Cəmi 5 ildən sonra kraliça 13 yaşında ikən yenidən görüşən cütlük artıq məktublaşmağa başlayıb. Kraliça Elizavetanın 21 yaşı tamam olandan sonra cütlük rəsmi şəkildə nişanlanmaları haqda elan ediblər.

Kraliçanın nişan üzüyü şahzadə Filipin anasına məxsus tiara qaşlı brilliant üzük olub. Yelizavetanın toy libası isə fil sümüyü rəngində olub. Libasın üzəri isə bütövlükdə naxışlar və bahalı qaşlarla bəzədilib.

 





05.09.2015    çap et  çap et