525.Az

Suraxanıda “Kitablar aləminə səyahət” təşkil olunub


 

Suraxanıda “Kitablar aləminə səyahət” təşkil olunub<b style="color:red"></b>

Sentyabrın 3-də Suraxanı rayon Heydər Əliyev parkında “Kitablar aləminə səyahət” adlı satış-sərgi təşkil olunub.

Sərgi rayondakı Heydər Əliyev Mərkəzinin və YAP Suraxanı rayon təşkilatının birgə səyi nəticəsində reallaşıb.

Suraxanı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, sərgidə 10-dan artıq nəşriyyatın məhsulları nümayiş olunub.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Fərəc Quliyev satış-sərgidə iştirak ediblər. Ənənəvi açılış mərasimindən sonra mövzu rəngarəngliyi ilə seçilən mətbu nəşrlərinin təqdimat və satışına start verilib.

Nəşriyyatlar məsləhət bildikləri kitabları satmaq, oxucular isə onları pərakəndə satış qiymətindən daha ucuz qiymətə almaq imkanı əldə ediblər. Satış-sərgidə iştirak edən nəşriyyatların nümayəndələri sərgini ziyarət edən oxuculara geniş məlumat verərək onlara son dövr çap məhsullarını təqdim ediblər.

 





05.09.2015    çap et  çap et