525.Az

Tailanda meteorit düşüb


 

Tailanda meteorit düşüb<b style="color:red"></b>

Tailandın paytaxt sakinləri bu gün qeyri-adi hadisəni müşahidə ediblər. Böyük naməlum obyekt arxasından ağ tüstü buraxaraq səmada uçub. Yox olmamışdan öncə naməlum obyekt alışıb, ancaq partlayış səsi eşidilməyib.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, Tailand sakinləri meteoritin düşməsinə şahid olduqlarını güman edirlər. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Banqkokdan 200 kilometr uzaqlıqda yerləşən qonşu Kançanaburi vilayətinin sakinləri də göy cismi görüb və partlayış səsi eşidiblər.

 





07.09.2015    çap et  çap et