525.Az

Bakıda 3 qadın özünü öldürmək istədi


 

Bakıda 3 qadın özünü öldürmək istədi<b style="color:red"></b>

Ötən gecə Bakının müxtəlif rayonlarında 3 intihara cəhd hadisəsi qeydə alınıb.
 
Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hər üç hadisə qadınlarla bağlı olub. Qadınlardan biri damarlarını doğrayıb, digərləri isə özlərini zəhərləyib.

Belə ki, Nərimanov rayonu ərazisində 33 yaşlı K.M. gecə saat 01:00 radələrində damarlarını kəsib. Onu ağır vəziyyətdə xəstəxanaya gətiriblər.

Bundan başqa, Nəsimi rayonunda 30 yaşlı M.A. özünü zəhərləyib. O, 5 qutu dərman içib. Nəticədə qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Digər hadisə Binəqədi rayonu ərazisində baş verib. 30 yaşlı D.M. sirkə turşusu içib. Onu da huşsuz vəziyyətdə xəstəxanaya yerləşdiriblər.

Hər 3 hadisə ilə bağlı araşdırma aparılır.

 





27.12.2012    çap et  çap et