525.Az

İlham Əsgərov Masallıda dəfn olunacaq


 

İlham Əsgərov Masallıda dəfn olunacaq<b style="color:red"></b> Ötən gün dünyasını dəyişən Xalq artisti İlham Əsgərov Masallıda dəfn olunacaq.
 
Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, İ. Əsgərov ailəsinin istəyi ilə Masallıda torpağa tapşırılacaq.
 
Xalq artisti ilə vida mərasimi bu gün yaşadığı evdə - Mirəli Seyidov, 14 ünvanında olacaq.
 
Qeyd edək ki, 1958-ci il təvəllüdlü İ. Əsgərov sentyabrın 6-da öz evində qəflətən insult keçirməsi nəticəsində vəfat edib.
 





07.09.2015    çap et  çap et