525.Az

Rusiya Ermənistana satdığı qazın qiymətini aşağı salıb


 

Rusiya Ermənistana satdığı qazın qiymətini aşağı salıb<b style="color:red"></b> Rusiya Energetika nazirliyi və Ermənistanın Energetika və Təbii sərvətlər nazirliyi Ermənistana qaz tədarükünün qiymətinin müəyyənləşdirilməsi qaydalarında dəyişikliyə dair protokol imzalayıblar.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, sənəddə Rusiyadan Ermənistana satılan qazın qiyməti 1000 kub metr üçün 189 ABŞ dollarından 165 ABŞ dollarınadək ucuzlaşacaq.
 
Sənəd həmçinin “Qazprom Armeniya” QSC-nin normal fəaliyyətinin təmin edilməsi üçün baza şərtlərini müəyyən edir.
 





08.09.2015    çap et  çap et