525.Az

Rusiyaya gedən Azərbaycan vətəndaşlarından tibbi sığorta şəhadətnaməsi tələb olunacaq


 

Rusiyaya gedən Azərbaycan vətəndaşlarından tibbi sığorta şəhadətnaməsi tələb olunacaq<b style="color:red"></b>

Moskva ölkəyə vizasız gələn xarici ölkə vətəndaşları üçün yeni qaydalar tətbiq edib

Rusiyaya vizasız gələn xarici ölkə vətəndaşlarından tibbi sığorta tələb olunacaq. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tibbi sığortanın tələb olunmasına 2015-ci ildən başlanılacaq.
 
Dövlət Sərhəd Komitəsi Rusiyaya vizasız rejimdə gələcək vətəndaşların tibbi sığortalanmasının vacib olduğunu açıqlayıb.
 
Qeyd edək ki, Rusiyanın Azərbaycan daxil olmaqla 37 ölkə ilə vizasız rejimi mövcuddur.

 





27.12.2012    çap et  çap et