525.Az

İstanbul polisi xüsusi əməliyyat keçirir


 

İstanbul polisi xüsusi əməliyyat keçirir<b style="color:red"></b>

İstanbul polisi tərəfindən bu gün xüsusi əməliyyat həyata keçirilir.
 
Trend bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

Xüsusi əməliyyat çərçivəsində solçu terrorçu təşkilatlarla əlaqələrdə şübhəli bilinən 6 nəfərin saxlanıldığı bildirilir.

Məlumatlarda eyni zamanda qeyd olunur ki, xüsusi əməliyyat bu gün şəhərin bir neçə rayonunda həyata keçiriləcək.

Qeyd edək ki, Türkiyədə indiyə kimi keçirilən antiterror əməliyyatlarında 2500-dən artıq şəxs həbs olunub.

 





08.09.2015    çap et  çap et