525.Az

Bakı Asiya Universiteti fəaliyyətini dayandırıb


 

Bakı Asiya Universiteti fəaliyyətini dayandırıb<b style="color:red"></b> Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və hal-hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib.
 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Təhsil Nazirliyi tərəfindən Universitetin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib.
 
Tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və proses sentyabrın 10-dək başa çatdırılacaq.
 





08.09.2015    çap et  çap et