525.Az

Ankarada etirazçılar HDP-nin qərargahına hücum ediblər


 

Ankarada etirazçılar HDP-nin qərargahına hücum ediblər<b style="color:red"></b>

Ankarada kürd yönümlü Xalqların Demokratik Partiyasının (HDP) qərargahı etirazçıların hücumuna məruz qalıb.

APA-nın  “Reuters”ə istinadən verdiyi xəbərə görə, etirazçılar qərargah yerləşdiyi binanı daş-qalaq edərək, ofisin şüşələrini qırıb.
 
Polis insidenti şərh etmir. Agentlik basqını son PKK terrorçularının törətdikləri qanlı hücumlarla əlaqələndirir.
 
Xatırladaq ki, sentyabrın 6-da terrorçuların Hakkari vilayətinin Yüksəkova rayonu ərazisindəki Dağlıca zastavasına törətdiyi partlayış nəticəsində16 əsgər, sentyabrın 8-də isə Naxçıvanla sərhəd yaxınlığında hücum nəticəsində 14 polis şəhid olub.

 





09.09.2015    çap et  çap et