525.Az

Rusiya müştərək hava hücumundan müdafiə sistemi yaratmağı planlaşdırır


 

Rusiya müştərək hava hücumundan müdafiə sistemi yaratmağı planlaşdırır<b style="color:red"></b>

Rusiya Ermənistan, Qırğızıstan və Tacikistanla birgə hava hücumundan müdafiə sistemi yaratmağı planlaşdırır.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Qafqaz regionunda birgə hava hücumundan müdafiə sistemi haqqında Ermənistan-Rusiya sazişinin layihəsi dövlətdaxili razılaşdırılma mərhələsini artıq keçib  və hazırda onun imzalanmasına  hazırlıq işləri gedir.
 
“Ümid edirəm ki, bu il razılaşdırma başa çatacaq”, deyə Baş qərargah rəisi – Hava-Kosmik Qüvvələri komandanının birinci müavini Pavel Kuraçenko bildirib. 
 
Qırğızıstan və Tacikistanla analoji sazişlər hazırda dövlətdaxili razılaşdırılma mərhələsindədir. 
 
Qeyd edək ki, MDB-yə üzv olan dövlətlərin Müdafiə Nazirləri Şurasının yanında hava hücumundan müdafiə məsələləri üzrə Əlaqələndirici Komitənin növbəti iclası 2016-cı ilin aprelində Rusiyanın  Tver  şəhərində keçiriləcək.

 





09.09.2015    çap et  çap et