525.Az

Runidən yeni rekord


 

Runidən yeni rekord<b style="color:red"></b>

İngiltərə millisinin kapitanı Ueyn Runi yeni rekorda imza atıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 30 yaşlı hücumçu İngiltərə millisinin tarixinin ən çox qol vuran futbolçusu olub.

Bu, "Avro-2016"nın seçmə mərhələsində İsveçrə qarşı matçda baş verib. Sözügedən qarşılaşmada fərqlənən U.Runi İngiltərə millisində vurduğu qolların sayını  50-yə yüksəldib. Bununla da o, İngiltərə millisi tarixində ən çox qol vuran Bobbi Çarltonu geridə qoyub və ilk pilləyə yüksəlib.

Qeyd edək ki, U.Runi 50-i qolu 107 oyuna vurub.

 





09.09.2015    çap et  çap et