525.Az

"Qardaş qələmlər"lə daha bir görüş


 

"Qardaş qələmlər"lə daha bir görüş<b style="color:red"></b>

Avrasiya Yazarlar Birliyinin aylıq dərgisi "Qardaş qələmlər"in iyul sayı şair Elşad Ərşadoğlunun yaradıcılığı ilə açılır.

Jurnalda gənc şairin tərcümeyi- halı ilə yanaşı "Vurulmağın əlamətləri", "Həsrətimin ad günü", "Şair ömrü", "O qızın saçı göynəyir", "Aparsan özünü", "İkilik" şeirləri yer alıb.

Jurnalın iyul sayı ulu qazax ozanı Süyinbay Aronulının doğumunun 200-cü ilinə ithaf edilib. Bu səbəbdən dərginin bu sayında qazaxıstanlı müəlliflərin - Janna İmankulova, Nurqali Yusipbay, Düsen Kaseinov, Nurdaulet Akış, Nurqali Oraz, Nağaşıbek Kapalbekuli, Darhan Kıdırali və Malik Otarbayevin yaradıcılığına və ozanla bağlı yazılarına geniş yer ayrılıb.

Türkiyədən Səma Tanrıverdioğlu Ərsöz, Cəmilə Kınacı, Xədicə Üzgül, İbrahim Türkxan, Yaqub Öməroğlu, Nərgiz Birayın yazıları da maraq doğurur.

Jurnalın iyul sayında həmçinin Özbəkistan, Qırğızıstan və Kosovadan olan müəlliflərin yazıları öz əksini tapıb. 

"Qardaş qələmlər"in avqust buraxılışında azərbaycanlı müəlliflərə geniş yer verilib. Dərginin bu sayı şair Səfər Rzanın şeirləri ilə açılır. Peykər İbrahimovanın "Xəyali yazarın tərcümələri" və Natəvan Dəmirçioğlunun "Azərbaycan radiosu" yazıları da jurnalın bu nömrəsində işıq üzü görüb. Dərgidə həmçinin Türkiyədən Binnur  Qaryağdı, Hacer Öztürk, Nəzmi Şimşək, Qazaxıstandan Dauren Berikkazoğlu, Ayek Marjan Erşu, Gülzat Şoybekova, Qırğızıstandan Aman Saspayev, Turumbayevanın yazıları yer alıb.

S.MÜRVƏTQIZI

 





09.09.2015    çap et  çap et