525.Az

“Qoşatəpə” gömrük keçid məntəqəsində nisbi sıxlıq yaranıb


 

“Qoşatəpə” gömrük keçid məntəqəsində nisbi sıxlıq yaranıb<b style="color:red"></b> Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük keçid məntəqəsində fiberoptik rabitə xəttində qəza baş verdiyi üçün avtonəqliyyat vasitələrinin və sərnişinlərin sərhəddən keçidində nisbi sıxlıq yaranıb.
 
Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumata əsasən, hazırda problemin aradan qaldırılması üçün lazımi tədbirlər görülür və yaxın bir saat ərzində gömrük keçid məntəqəsinin normal fəaliyyəti bərpa olunacaq.
 





09.09.2015    çap et  çap et