525.Az

“Apple” yeni qurğular təqdim edib


 

“Apple” yeni qurğular təqdim edib<b style="color:red"></b> “Apple” şirkəti “iPhone” smartfon modelinin yeni nəslini təqdim edib.
 

525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, gözlənildiyi kimi "iPhone 6s” və “iPhone 6s Plus” xarici görünüşünə görə əvvəlki modellərdən fərqlənmir.
 
“6s” seriyasında istifadə olunan prosessor da "A9” prosessoru ilə təchiz edilib. Onun məhsuldarlığının “iPhone 6” və “6 Plus” modellərinin işlədiyi “A8” prosessoru ilə müqayisədə 70 faiz artırıldığı bildirilir. Həmçinin qrafikanın emalı sürəti 90 faiz artırılıb.
 
Bundan başqa, kameralar yenilənib. “iPhone 6s” və “6s Plus” fotoşəkilləri 12 meqapikseldə, videonu isə “4K” formatında çəkməyə imkan verir. Ön kamera 5 meqapikselli sensora malikdir.
 
Smartfonlarda gözlənilən yenilənmələrdən biri 2015-ci il “Apple Watch” və “MacBook” sahiblərinə tanış olan “Force Touch” texnologiyasının təkmilləşdirilmiş “3D Touch” versiyasının funksionallığı olub. Texnologiya düymənin basılma gücünü tanıyır və istifadəçinin gücündən asılı olaraq uyğun reaksiya verir.
 
"iPhone 6s” smartfonlarının satışına sentyabrın 25-dən etibarən başlanması gözlənilir. ABŞ-da smartfonun 16, 64 və 128 giqabaytlıq versiyalarının qiyməti rabitə operatoru ilə ikiillik müqavilə şərti ilə müvafiq olaraq 199, 299 və 399 dollar (satış vergisi nəzərə alınmadan) təşkil edəcək. Ekran diaqonalı böyüdülmüş “iPhone 6s Plus” üçün əlavə olaraq 100 dollar ödəmək lazım olacaq.
 
Yeni qurğular “iOS 9” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək və köhnə modelləri sentyabrın 16-dan onunla yeniləmək mümkün olacaq, - "Lenta” yazır. 
 





10.09.2015    çap et  çap et