525.Az

"Instagram"dan növbəti yenilik


 

"Instagram"dan növbəti yenilik <b style="color:red"></b>

Sentyabrın 30-dan etibarən "Instagram" istifadəçilərini növbəti yenilik gözləyir.

Bu haqda Modern.az həmin sosial şəbəkənin korporativ bloqunda yayılan məlumata əsasən xəbər verir. 

Belə ki, 30-dan çox ölkədə "İnstagram"da olanlar üçün reklam çarxları nümayiş etdiriləcək. Yayılan xəbərə görə, reklam videolarının müddəti də 30 saniyə olacaq. Bu format iki illik təcrübələrdən sonra seçilib. Həmin müddət ərzində istifadəçilərə müxtəlif promo-çarxlar təklif edilirdi.

Beləcə, məlum olub ki, xəbər lentində ən yaxşısı 30 saniyəyə qədər olan videolar göstərməkdir. Gələn aydan etibarən reklam verənlər də adi istifadəçilər kimi foto və videofraqmentlərini xəbər lentində dərc edə biləcəklər.

Xatırladaq ki, bu ayın əvvəlində İnstagram daha bir yeniliyi tətbiq etmişdi. Belə ki, istifadəçilərə öz dostlarına lentdəki statusları birbaşa göndərmək imkanı verilmişdi. Bundan əlavə, "İnstagram"dakıların canı kvadrat formalı şəkillərdən də qurtulub. Artıq hər kəs düzbucaqlı formalı fotoları bu şəbəkəyə yerləşdirə bilir.

 





10.09.2015    çap et  çap et