525.Az

Sadıq Sadıqov Rövnəq Abdullayevin müavini oldu


 

Sadıq Sadıqov Rövnəq Abdullayevin müavini oldu<b style="color:red"></b>

Azərbaycan Cüdo Federasiyasının yeni vitse-prezidentləri təyin edilib.

525.az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, federasiyanın yeni vitse-prezidentləri “Neftçi” İdman Sağlamlıq Mərkəzinin icraçı direktoru Sadıq Sadıqov, Olimpiya çempionu Elnur Məmmədli, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov seçilib.

Cüdo üzrə beynəlxalq dərəcəli hakim Elman Babayev isə federasiyanın baş katibi təyin edilib.

Bu gün keçirilən mətbuat konfransında Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti Rövnəq Abdullayev bildirib ki, məqsəd Azərbaycan cüdosundakı mövcud probləmləri tezliklə aradan qaldırmaq, yaxşı nəticələr əldə etməkdir.

 





10.09.2015    çap et  çap et