525.Az

Başsız yaşayan xoruz


 

Başsız yaşayan xoruz<b style="color:red"></b>

Klara və Lloyd Olsen cütlüyü uşaqları ilə birgə fermada sadə bir həyat sürürdülər. Günlərin birində nahar yeməyi üçün fermalarından həmişəki kimi bir xoruz kəsib yeyəcəkdilər. Lakin baxın görün, bu xoruz onların taleyini necə dəyişdi...

1945-ci il sentyabrın 10-da evlərinin hinindən Mike adını verdikləri bir xoruz kəsmək qərarına gəlirlər.
Klara Olsen xoruzu kəsmək üçün əri Lloyda aparır.

Lloyd Olsen xoruzu kəsərkən təsadüfən xoruzun şah damarını yox, beyinsapı adlanan nahiyyənin üst hissəsini kəsir. Elə bu dəm başı kəsilmiş Mike əlacsız qaçmağa başlayır. 

Hadisədən təsirlənmiş Olsen cütlüyü çaş-baş qalır. Hadisədən bir gün keçdikdən sonra həmin xoruzu tutub müşahidə aparmağa başlayırlar. Ailə iki gün içərisində xoruzun öldüyünü gözlərkən, xoruz isə başsız şəkildə yaşamağa davam edirdi. Mikenin yaşadığını görən Lloyd Olsen onu bəsləmək qərarına gəlir.O, kiçik damcılar şəklində xoruzun yemək borusundan su və yem verməyə başlayır. 

Lloyd sonradan bu təcrübəni başqa xoruzlar üzərində nə qədər sınaqdan keçirsə də, bir nəticəsi olmur.

Mikenin başsız yaşaması elmdə də böyük maraqla qarşılanır. Hamı bu başsız Mike ilə maraqlanır. Aparılan araşdırmalar nəticəsində belə qərar gəlirlər ki, Mikenin başsız yaşaması mümkün haldır. Çünki xoruzun şah damarında və beyin sapında heç bir xəsarət olmayıb.

Beyin sapı beyni və onurğa beyni birləşdirən, ürək-tənəffüs sistemində əhəmiyyətli rol oynayan nahiyədir. 

Mikenin yaşaması da məhz bununla bağlı idi. Lakin ön beyin adlanan hissə zədələndiyi üçün o “şüursuz” formada həyatına davam edirdi. 

Bir müddət sonra Mikenin səs-sədası əhalinin də qulağına gedib çatır.İnsanlar onu səbirsizliklə görməyi arzulayırlar.

Olsen ailəsi “fürsət bu fürsət” deyib başsız toyuğu gəlir mənbəyi edirlər. Şəhərbəşəhər dolaşdırılan “Mikeni” görmək istəyənlər 25 sent ödəməli olurdular. O dövr üçün isə bu, böyük məbləğ hesab olunurdu

Get-gedə daha da məşhurlaşan Mike sonlar ailəyə 10.000 qazandıra bilmişdi. 

Lakin bu sərvət axını nə yazıq ki, 18 aydan sonra dayanır. Çünki Mike otel otaqlarının birində ölür. Lloyd Olsen su, yem verdiyi şüşəciyi tamaşa göstərdiyi məkanların birində unutduğundan xoruzun yemək borusunu təmizləmək mümükün olmamışdı. Məhz buna görə xoruz ölmüşdü.

Başsız xoruz sonradan “Ginnesin Rekordlar Kitabı”na da düşdü. Kolorada da hətta Mikenin  robotu da hazırlanıb.

Beləliklə, 2 ilə yaxın bir müddət ömür sürən başsız xoruz Mike”bir zamanlar elm aləmini üfüqləndirmişdi. Məhz Mikenin şərəfinə indi hər il may ayının 3-cü həftəsi Koloradada “Başsız Xoruz Mike Festivalı” kimi qeyd edilir. 

 





10.09.2015    çap et  çap et