525.Az

Zibillərin arasından 100 kiloqrama yaxın qəpik tapılıb


 

Zibillərin arasından 100 kiloqrama yaxın qəpik tapılıb<b style="color:red"></b> “Təmiz Şəhər” ASC-in Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda (BMTÇZ) 100 kiloqrama yaxın qəpik yığılıb.
 
“Təmiz Şəhər” ASC-nin Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, əsasən 1, 3, 5, və 10 qəpiklərdən ibarət pulları  zavod əməkdaşları son 6 ayda iş prosesi zamanı məişət tullantılarının arasında aşkar edərək toplayıb.
 
Yığılmış vəsaitlə kimsəsiz uşaqlar evinə hədiyyələr alınacaq. Bununla həm xırda qəpiklər dövriyyəyə qaytarılacaq, həm də xeyriyyə işi görüləcək. 2014-cü ildə də zavodda 60 kq-a yaxın qəpik yığılaraq, xeyriyyə məqsədi ilə xərclənib.
 
BMTÇZ-in fəaliyyəti Bakıdan yığılmış tullantıları çeşidləməkdən ibarətdir. Şəhərdən toplanmış məişət tullantıları zavodda dəmir, plastik, kağız, şüşə və s. formada ayrılaraq xammal kimi təkrar emal müəssisələrinə göndərilir. Yığılan kütlə arasından bəzən tullantı olmayan əşyalar da tapılır. Metal qab-qacaq, müxtəlif növ sənədlər, bank kartları, silah-sursat və xırda pullar kimi. Onlar tullantıların arasından götürülərək aidiyyatı üzrə təhvil verilir və ya istifadə olunur.
 





11.09.2015    çap et  çap et