525.Az

Ermənistanda məktəblilər arasında kütləvi zəhərlənmə


 

Ermənistanda məktəblilər arasında kütləvi zəhərlənmə<b style="color:red"></b>

Ermənistanın Ararat rayonunun Bağramyan kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, 45 məktəblidə kəskin zəhərlənmə simptomları qeydə alınıb. 
 
Zəhərlənmiş məktəblilərdən 43-ü xəstəxanaya yerləşdirilib, daha iki şagirdə ambulator müalicə təyin edilib. Xəstələrin əksəriyyətinin orta ağır olduğu bildirilir.  
 
Məktəblilər nahar zamanı məktəbin bufetində hot-doq yediklərini bildirib. Onların sözlərinə görə, hot-doqdakı sosislərin şirin tamı olub. 
 
Epidemioloji araşdırma hot-doqların Bağramyan kəndində hazırlanaraq, ümumilikdə, rayonun 13 yaşayış məntəqəsindəki məktəblərə paylaşdırılıb.

 





11.09.2015    çap et  çap et