525.Az

ABŞ 10 min suriyalı qaçqını qəbul edəcək


 

ABŞ 10 min suriyalı qaçqını qəbul edəcək<b style="color:red"></b>

ABŞ prezidenti Barak Obama gələn il azı 10 min suriyalı qaçqının qəbul olunmasına dair öz administrasiyasına göstəriş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  bunu Aö Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

Ernest qeyd olunan qərarı Vaşinqtonun bu istiqamətdəki öhdəliklərinin “əhəmiyyətli dərəcədə genişləndirilməsi” adlandırıb:

“Lakin biz bu insanları yaşayış, tibbi xidmət, ərzaq və su ilə təmin etməyə imkanlarımızın olmasına  zəmanət verməliyik”.

 





11.09.2015    çap et  çap et