525.Az

Yeni növ insanabənzər tapıldı


 

Yeni növ insanabənzər tapıldı<b style="color:red"></b>

Cənubi Afrikada mağaraların birində varlığı indiyə qədər bilinməyən yeni növ insanabənzərin qalıqları tapılıb.

Trend-in Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, bu yeni növə “Homo Naledi” adı verilib.

Naledi Afrikanın yerli sakinlərinin danışdığı bir dil olan sesothoca “ulduz” mənasını verir.

Mütəxəssislər tapılan sümüklərin yaşını hələ müəyyənləşdirə bilməsələr də, “Homo Naledi”nin öldükdən sonra mağaraya gətirildiyi qənaətindədirlər: “1,50 metr olan yeni növün beyni portağal böyüklüyündə, ağırlığı isə 45 kiloqramdır”.

 





11.09.2015    çap et  çap et