525.Az

Amerikada yaşayan aktyorumuz dünyasını dəyişdi


 

Amerikada yaşayan aktyorumuz dünyasını dəyişdi <b style="color:red"></b>

Tanınmış aktyor, uzun illərdir Amerikanın Nyu-York şəhərində yaşayan Vəliəhd Vəliyev dünyasını dəyişib.

525.az-ın məlumatına görə, bu haqda aktyorun yaxın qohumu Samir Qədirov Milli.Az-a xəbər verib:

"Vəliəhd Vəliyev bir neçə saat əvvəl dünyasını dəyişdi. Bizi bu haqda onun ailəsi xəbərdar edib. Aktyor Amerikada dəfn olunacaq. Çünki o hələ sağlığında özü üçün orada qəbiristanlıqda yer götürmüşdü", - deyə aktyorun qohumu bildirib.

Qeyd edək ki, Vəliəhd Vəliyev 1952-ci ildə Daşkəsəndə anadan olub. 1979-cu ildə Moskvada ÜDKİ-nin aktyorluq fakültəsini bitirib. Aktyor xalq artisti Həmidə Ömərova, aktrisa Sonaxanım Mikayılova və s. ilə tələbə yoldaşı olub.

O, uşalıq illərindən Gəncə Teatrında çalışıb və bir sıra yadda qalan rollar oynayıb. Kinostudiyada bir çox filmdə çəkilsə də, onu tamaşaçılar "Evlənmək istəyirəm"də Əhməd bəy rolu ilə daha çox tanıyırdılar.

Aktyor uzun illərdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

 





11.09.2015    çap et  çap et