525.Az

Professor Rəhilə Qeybullayeva beynəlxalq konqresdə çıxış edib


 

Professor Rəhilə Qeybullayeva beynəlxalq konqresdə çıxış edib<b style="color:red"></b>

Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayeva Belçikada “İmicin bilgiyə və ya bilginin imicə təsiri” (The influence of images on knowledge and viceversa) mövzusunda keçirilən beynəlxalq konqresdə iştirak edib.
 
R.Qeybullayeva AZƏRTAC-a bildirib ki, konqres Beynəlxalq Vizual Semiotika Təşkilatının və Belçikanın Lyoj Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Beynəlxalq tədbirdə azərbaycanlı alimin “Vizuallıqdan mədəniyyət matrisasına: “namaz” sözü və ritualı” mövzusunda məruzəsi böyük maraqla qarşılanıb.

Burada müəllif “namaz” sözü ilə eyni söz martisasında ola bilən sözləri, onların vizual formalarını araşdırıb. Müasir dövrdə elmi fənnə çevrilən Koqnitiv Mədəniyyət bölümü müqayisəli mədəniyyət fənninin bir bölümüdür. Vizual semiotika həm fənn, həm də ayrıca elmi araşdırma metoduna çevrilib.

 





12.09.2015    çap et  çap et