Y.Məmmədov adına Ağcabədi rayon Mədəniyyət evində Rayon Müəllimlərinin sentyabr konfransı keçirilib.
Azpress.az saytının xəbərinə görə, konfransda Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, Təhsil Problemləri İnstitunun direktor müavini Ənvər Abbasov, idarə və müəssisə rəhbərləri iştirak edib.
İştirakçıları əvvəlcə rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, onun əziz xatirəsini yad ediblər.
Tədbir Rayon Mədəniyyət Evində davam etdirilib. Tədbiri Ağcabədi rayon Təhsil şöbəsinin müdiri Mehdi Əhmədov açaraq geniş məruzə ilə çıxış edib. Rayon Təhsil şöbəsinin müdiri bildirib ki, “Təhsil millətin gələcəyidir” söyləyən Heydər Əliyev bu sahənin inkişaf etdirilməsində bir çox böyük layihələrə imza atıb: “Cənab Prezident İlham Əliyev cənablarının əməyi sayəsində həyata keçirilən layihələr və görülən işlər, ölkəmizin bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində də uğurla davam etdirilir. Bu gün Ağcabədi rayonunda müasir tələblərə cavab verən yeni məktəb binalarının tikintisi,əsaslı təmiri bu fədakar əməyin bariz nümunəsidir.
2015-ci ildə 2006-cı ilə nisbətən ali məktəblərə qəbul sayının artmasında müəllimlərimizin rolu az deyil. Hər bir insanın dünyanı dərk etməsində, yeni biliklər qazanmasında müəllim ən yaxşı köməkçi olub”.
Yekunda məruzəçi hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən bu yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov konfrans iştirakçılarını salamladı və onlara gələcək pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ilk öncə müəllimlərin sentyabr konfransında onları salamlayıb və yeni dərs ilində hər bir müəllimə uğurlar arzulayıb: “Bu gün dövlət rəhbərimiz İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir. 2015-ci ildə digər illərə nisbətən ali məktəblərə qəbul sayının artıb 324 nəfər olması həm rayonumuzda təhsilə olan marağın güclənməsindən, inkişafından, həm də dövlətimizin təhsilə, gələcəyimiz olan gənclərə diqqət və qayğının günü-gündən daha da artırılmasından irəli gəlir. Hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Prezident İlham Əliyev cənablarının gərgin və fədakar əməyi sayəsində ölkəmizdə bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində uğurla davam etdirilir. Məktəblərimizdə əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir təhsil avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bu günümüzün reallığıdır.
Yekunda rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bir daha təhsil inqilabında daim onlara mübariz və vətənpərvər övladlar yetişdirməyi arzulayıb.
Çıxışlardan sonra rayon müəllimlərinin sentyabr konfransının qərar hissəsi oxunub və fəaliyyəti qənaətbəxş hesab edilib.
Konfransın sonunda prezident İlham Əliyevə müraciət qəbul olunub.
çap et