525.Az

Putin amerikalı boksçuya Rusiya vətəndaşlığı verib


 

Putin amerikalı boksçuya Rusiya vətəndaşlığı verib<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putin amerikalı boksçu Roy Consa Rusiya vətəndaşlığı verib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, fərman Kremlin rəsmi saytında dərc olunub.  
 
“1969-cu ilin yanvarın 16-da ABŞ-da anadan olmuş Cons Roy Levestanın Rusiya Federasiyasının vətəndaşlığına qəbul olunması haqqında ərizəsi təmin edilsin”, deyə fərmanda bildirilir. 
 
Qeyd edək ki, Roy Cons bundan əvvəl  onun vətəni ABŞ-dan Rusiyada daha çox qiymətləndirildiyini bildirib və Krıma səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə baş tutmuş görüşündə ona Rusiya vətəndaşlığının verilməsini xahiş edib.

 





14.09.2015    çap et  çap et