525.Az

“Google” və “Twitter” xəbərlər xidmətinin yaradılması üçün birləşəcək


 

“Google” və “Twitter” xəbərlər xidmətinin yaradılması üçün birləşəcək<b style="color:red"></b>

“Google” və “Twitter” şirkətləri xəbərlər xidmətinin yaradılması üçün səylərini birləşdirəcək.

525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, servis rəqiblərin yaratdığı məhsullardan açıq çıxış kodundan istifadəsi ilə fərqlənəcək.
 
“Instant Articles” (Dərhal yazılan məqalələr) adlanacaq xidmətinin köməyi ilə naşirlər materialları iki internet şirkətinin servislərindən istifadə edən mobil qurğularda göstərə biləcəklər. Məhsulun payızda kiçik naşirlər qrupunun iştirakı ilə sınaqları planlaşdırılır.
 
Layihənin "Facebook”, “Apple” və “Snapchat” şirkətlərinin istifadəyə verməyə hazırlaşdığı analoji servislərlə rəqabət aparacağı gözlənilir.
 
Layihənin əsas fərqləndirici cəhəti açıq çıxış kodlarından istifadədir ki, bunun da sayəsində "Google” və “Twitter” ona iri şirkətləri cəlb etməyi nəzərdə tutur. Servis naşirləri müəyyən reklamçıdan asılı etməyəcək, çünki “Google”u alternativ tədarükçüyə dəyişmək mümkün olacaq. Bundan başqa, naşirlər tərəfindən servisdə öz səhifələrindən istifadə üçün onların ayrıca versiyalarını hazırlamağa ehtiyac qalmayacaq, - “Lenta” yazır.

 





14.09.2015    çap et  çap et