525.Az

Keyt Uinslet üçüncü dəfə ailə qurdu


 

Keyt Uinslet üçüncü dəfə ailə qurdu<b style="color:red"></b>

Hollivudun məşhur aktrisası Keyt Uinslet ingilis milyarder Riçard Bransonun yaxın qohumu Ned Roknrol ilə evlənib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Nyu-Yorkdakı nikah mərasimində cütlüyün bir neçə dostu iştirak edib. Nikah gizli keçirilib. Sözçüsü iki uşaq anası olan Uinsletin üçüncü dəfə evləndiyini təsdiqləyib. 37 yaşlı Uinslet ilk dəfə Cim Treplettonla, ikinci dəfə məşhur rejissor Sem Mendeslə evlənib. Yeni evlilərin İngiltərədə şəhər mərkəzindən uzaq bir yerdə 3 milyon dollara ev aldığı açıqlanıb.

 





27.12.2012    çap et  çap et