525.Az

Patrik Modianonun kitabı Azərbaycan dilində


 

Patrik Modianonun kitabı Azərbaycan dilində<b style="color:red"></b>

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – görkəmli fransız yazıçısı, 2014-cü ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Partik Modianonun “Seçilmiş əsərləri” işıq üzü görüb.

Mərkəzdən 525.az-a verilən məlumata görə, əsərləri dilimizə İ. Əlfi, M. Qarayev, E. Başkeçid tərcümə edib.

P. Modiano Fransa ədəbiyyatının Nobel mükafatına layiq görülmüş on beşinci yazıçısıdır. Fransız ədəbiyyatında retro stilin populyarlaşması məhz Patrik Modianonun adıyla bağlanılır.

Modiano yaradıcılığının mövzusunu yaddaş və yaddaşsızlıq, şəxsiyyət və günah hissi, özünə yer tapa bilməyən, qərarsız insanların özünüdərk prosesi təşkil edir.

İsveç Kral Akademiyasının rəsmi açıqlamasında mükafatın yazıçıya, əsərlərində II Dünya müharibəsi və Fransanın alman faşistləri tərəfindən istilası dövründə qeyri-adi insan talelərinin bənzərsiz dərinliklərinə vardığına, insanın iç dünyasının incəliklərini açdığına görə verildiyi bildirilir.

Qeyd edək ki, oxuculara təqdim olunan bu kitab nasirin ölkəmizdə nəşr olunan ilk irihəcmli əsərlərindəndir.

 





14.09.2015    çap et  çap et